Yol qəzasında yaralanan gənc xəstəxanada öldü
Şəkidə üç gün əvvəl yol qəzasında ağır xəsarət alan şəxs xəstəxanada ölüb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, Şəki rayonu Cəfərabad kənd sakini, 29 yaşlı Nihad Şahin oğlu Allahverdiyev müalicə aldığı Şəki Rayon Mərkəzi Xəstəxanasında ölüb.
Qeyd edək ki, N. Allahverdiyev sentyabrın 22-si axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində baş verən yol qəzasında ağır xəsarət almışdı.
635