Yol qəzası oldu Bakının əsas prospektində tıxac yarandı
30 oktyabr 2013 21:09 (UTC +04:00)

Yol qəzası oldu Bakının əsas prospektində tıxac yarandı

0

Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib.

 

 

APA TV-nin xəbərinə görə, Heydər Əliyev prospektində Zaur Abışovun idarə etdiyi "Ford tranzit" yük maşını Teymur Müslümova məxsus "Honda"  markalı avtomaşınla toqquşub. Qəza nəticəsində hər iki avtomabilə ciddi ziyan dəyib.

 

Qəza nəticəsində "Ford"dakı içki şüşələri ətrafa dağılıb. Nəticədə şirkətə ciddi ziyan dəyib.

 

YPX-nin inspektoru Feyzulla Bağırov deyib ki, Zaur Abışovun idarə etdiyi "Ford" Teymur Müslümova məxsus "Honda" ilə toqquşub.

 

Sürücülər qəzadan xəsarətsiz xilas olublar. Faktla bağlı araşdırma aparılır.

 

Qəza prospektdə avtomobillərin intensiv hərəkəti zamanı baş verdiyindən yolda uzun tıxac yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1457

Oxşar yazılar