Binəqədi polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Dövlət Yol Patrul İdarəsinin inspektorlarına xəsarət yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Lent.az-ın Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Bakı şəhər sakinləri 1986-cı il təvəllüdlü İlham Ağayev və 1981-ci il təvəllüdlü Urman Aslanov tutulub.
CM-nin 126 və 128-ci maddələri ilə axtarışda olan U.Aslanovun üzərindən 10,012 qram heroin, İ.Ağayevin “Nissan” markalı avtomobilindən 2 ədəd kibrit qutusunda 6,75 qram marixuana aşkar olunaraq götürülüb.
Qeyd edək ki, hadisə noyabrın 20-də saat 02:30 radələrində, C.Xəndan küçəsində baş verib.