Yevlaxda iki yük maşını toqquşdu: 2 yaralı
03 dekabr 2014 22:25 (UTC +04:00)

Yevlaxda iki yük maşını toqquşdu: 2 yaralı

Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı-Qazax magistral avtomobil yolunun, Yevlax rayonu ərazisindən keçən hissəsində “KAMAZ” və “Hyundai” markalı iki yük avtomobili toqquşub.

 

Nəticədə deformasiyaya uğramış “Hyundai” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü və bir sərnişin, Aran Regional Mərkəzinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 20:25-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 143
avatar

Oxşar yazılar