Yəməndən azərbaycanlıları da təxliyyə edən təyyarə Moskvaya çatıb
03 aprel 2015 10:19 (UTC +04:00)

Yəməndən azərbaycanlıları da təxliyyə edən təyyarə Moskvaya çatıb

 

 

Yəməndən Rusiya, Azərbaycan və digər ölkələrin vətəndaşlarını təxliyyə edən ikinci Rusiya təyyarəsi Moskva vilayətinin Çkalov aerodromuna enib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya, Azərbaycan, Yəmən, Özbəkistan, Tacikistan, Belarus, Polşa, Qırğızıstan və Ukrayna vətəndaşı olan 150 nəfərə yaxın şəxs Moskvaya gətirilib. Bundan əvvəlki reyslə isə 160 yaxın şəxs Yəməndən çıxarılmışdı.

 

Husi üsyançılarına qarşı hərbi əməliyyat keçirən koalisiya aprelin 1-də Yəmənin paytaxtı Sana şəhərinə enməyə icazə vermədiyi üçün təxliyyə əməliyyatı bir qədər gecikib. İlk təyyarə Misir, ikinci təyyarə isə Cibuti vasitəsilə Rusiyaya uçub.  

 

Bəzi məlumalara görə, Yəməndə 2 min Rusiya vətəndaşı var

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 84
avatar

Oxşar yazılar