Yaşar İsakov yeni vəzifəyə təyin edildi
11 iyun 2017 18:41 (UTC +04:00)

Yaşar İsakov yeni vəzifəyə təyin edildi

 

Jurnalist Yaşar İsakov Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətinin rəhbəri təyin edilib/ Lent.az xəbər verir ki, bundan əvvəl Ədliyyə Nazirliyi Penitensiar xidmətinin rəisinin mətbuat məsələləri üzrə köməkçisi vəzifəsində çalışan Yaşar İsakov artıq vəzifəsinin icrasına başlayıb.

 

Qeyd edək ki, Yaşarİsakov daha əvvəl Press24.az saytının, “Birja plyus”, “Yejenedelnik” qəzetlərinin, “Bona Mente” jurnalının, “News24.az” saytının baş redaktoru olub, məqalələri “Day.az”, “1News.az”, “Aznews.az” saytlarında, “Exo” və “Naş vek” qəzetlərində dərc olunub.

 

Yaşar İsakov keçmiş polis zabitidir. Uzun illər Daxili İşlər Nazirliyinin Polis Akademiyasında fəlsəfə, politologiya və sosiologiya fənlərini tədris edib.

# 136
avatar

Oxşar yazılar