Bakının Yasamal rayonunda yaşayış binasında yanğın baş verib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, çoxmənzilli yaşayış binasında 3 otaqlı mənzilin mətbəxində pəncərəyə quraşdırılmış hava təmizləyici qurğu, döşəmə yanıb və yüksək temperaturdan mətbəxin qapısı qismən əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.