Yasamalda aptekə soxulan gənc tutuldu
02 aprel 2015 15:03 (UTC +04:00)

Yasamalda aptekə soxulan gənc tutuldu

Aprelin 2-də saat 03:50 radələrində Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları rayonun H.Zərdabi küçəsində yerləşən və Nuralıyev Mübariz Sabir oğluna məxsus aptekin giriş qapısının açıq olduğunu və oradan bir nəfərin qaçdığını aşkar ediblər. Lent.az-ın Baş Mühafizə İdarəsinə istinadən məlumatına görə, hadisə yerindən qaçan şəxs yaxalanaraq 29-cu Polis Bölməsinə təhvil verilib. Polis Bölməsində aparılan araşdırma zamanı həmin şəxsin Şamaxı rayon sakini, 1991-ci il təvəllüdlü Əsgərov Əli Mirzə oğlu olduğu müəyyən edilib. Mülkiyyət sahibi ilə aptekə baxış keçirilərkən 113 (yüz on üç) manat və 15 (on beş) ABŞ dollar məbləğində pul vəsaitinin oğurlandığı aşkar edilib.

 

Faktla bağlı Yasamal RPİ-nin 29-cu PB-də araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 116
avatar

Oxşar yazılar