Yasamalda "Mercedes"lə toqquşan "Chevrolet" yol kənarındakı maneəyə çırpılıb
01 dekabr 2014 10:11 (UTC +04:00)

Yasamalda "Mercedes"lə toqquşan "Chevrolet" yol kənarındakı maneəyə çırpılıb

0

 

Ötən gecə Bakının Yasamal rayonunda yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, hadisə Şamil Əzizbəyov küçəsində qeydə alınıb.

 

Əliağa Ağayevin idarə etdiyi "Chevrolet" markalı minik maşını ilə Əvəz Abbasovun idarə etdiiyi "Mercedes" markalı avtomobil toqquşub. "Chevrolet" daha sonra yol kənarındakı dəmir məhəccərə dəyib.

 

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

 

Hadisə yerinə polis əməkdaşları gəlib, müayinə aparılıb. İlkin ehtimala görə, qəzaya "Chevrolet" markalı avtomobilin yol kəsişməsində "Mercedes"in yoluna çıxması səbəb olub.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 556

Oxşar yazılar