Yasamalda 38 yaşlı kişini bıçaqladılar
03 fevral 2016 06:05 (UTC +04:00)

Yasamalda 38 yaşlı kişini bıçaqladılar

0

Yasamal rayonunda bıçaqlanma hadisəsi olub. APA-nın məlumatına görə, hadisə rayonun Şərifzadə küçəsində,  "İnşaatçılar" metro stansiyasının  yaxınlığında baş verib. 38 yaşlı Anar Arzuman oğlu Müseyibov tanımadığı şəxslər tərəfindən bıçaqlanıb. Yaralı hadisə şahidlərinin çağırdığı “təcili yardım”la xəstəxanaya çatdırılıb. Anar Müseyibov dərhal əməliyyat olunub. Həkimlər onun həyatı üçün təhlükə olmadığını bildiriblər.

 

Xəstəxanadan hadisə barədə Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinə məlumat verilib. Polis hadisəni törədən şəxslərin  müəyyənləşdirilməsinə başlayıb.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 354

Oxşar yazılar