Yardımlı rayonu, Nisəqələ kəndində yerləşən evlərdən birində yanğın baş verib.
FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 9 otaqlı evin 1 otağının döşəməsi 3 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.