Yardımlıda narkotik alverçisi tutuldu
11 iyun 2017 20:26 (UTC +04:00)

Yardımlıda narkotik alverçisi tutuldu

0

Yardımlı rayonunda narkotik alverçisi saxlanılıb.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Yardımlı  polisinin  keçirdiyi əməliyyat-axtarış  tədbirləri nəticəsində  Yardımlı sakini, 1977-ci il təvəllüdlü  Ağayev Ziyəddin Yaşar oğlu  saxlanılıb.

 

Əvvəllər dəfələrlə məhkum olunmuş  Z.Ağayev 2 kq-dan artıq tiryək və 250 qram  heroin satmaq istəyərkən saxlanılıb. İstintaqa  verdiyi ifadəsində o, narkotik vasitəni satmaq məqsədilə  İran vətəndaşından aldığını  bildirib.

 

Faktla bağlı   araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 779

Oxşar yazılar