Yaponiyanın “WorldInvesters TV” internet televiziyasının prodüseri “AzərTAc”da olub
01 aprel 2014 20:07 (UTC +04:00)

Yaponiyanın “WorldInvesters TV” internet televiziyasının prodüseri “AzərTAc”da olub

Yaponiyanın “WorldInvesters TV” internet televiziyasının prodüseri, tanınmış iqtisadçı ekspert Kazuyasu İşida Azərbaycan Dövlət Teleqraf Agentliyində (“AzərTAc”) olub.

 

APA-nın xəbərinə görə, “AzərTAc”ın baş direktoru Aslan Aslanov ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələrindən danışıb, bu münasibətlərin inkişafında kütləvi informasiya vasitələrinin, o cümlədən milli xəbər agentliklərinin rolunu vurğulayıb.

 

Yaponiyalı qonağa AzərTAc-ın keçdiyi inkişaf yolu, müstəqillik illərində qazandığı uğurlar, dövlət siyasətinin informasiya təminatında agentliyin mövqeyi barədə ətraflı məlumat verilib. “AzərTAc” ilə Yaponiyanın “Kyodo News” Agentliyi arasında sıx əlaqələrin olduğunu söyləyən baş direktor hər iki qurumun nüfuzlu beynəlxalq informasiya təşkilatlarında uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Beynəlxalq aləmdə çox nüfuzlu iki media qurumunun - Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının və Xəbər Agentliklərinin V Dünya Konqresinin 2016-cı ildə eyni vaxtda Bakıda “AzərTAc”ın ev sahibliyi ilə keçirilməsi barədə qərarların qəbulunda “Kyodo News” Agentliyinin dəstəyi xüsusi vurğulanıb. Həmçinin agentliklərin uğurlu əməkdaşlığının Yaponiya ilə Azərbaycan arasında informasiya sahəsində işbirliyinin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.

 

Azərbaycanın sürətli inkişafının Yaponiyada da böyük maraqla izləndiyini vurğulayan Kazuyasu İşida bunun ölkəmizin Yaponiyadakı dostları tərəfindən məmnunluqla qarşılandığını bildirib. Qeyd edib ki, Azərbaycanın iştirakçısı və müəllifi olduğu Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP kimi nəhəng layihələrdə Yaponiya şirkətləri fəal iştirak edir və bu, iki dost ölkə arasındakı münasibətlərin inkişafının bariz nümunəsidir.

 

Azərbaycan haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini qeyd edən Kazuyasu İşida Yaponiya KİV-ləri, o cümlədən prodüseri olduğu “WorldInvesters TV” internet televiziyası ilə “AzərTAc” arasında əməkdaşlığın bu baxımdan mühüm rol oynayacağını diqqətə çatdırıb.

 

Görüşdə dost ölkələrimiz arasında informasiya sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 427
avatar

Oxşar yazılar

Qubada "Lexus" dərəyə aşdı:  Ölən və yaralananlar var

Qubada "Lexus" dərəyə aşdı: Ölən və yaralananlar var

15 dekabr 2024 , 20:47
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26