Yanğında zəhərlənənlərdən daha biri evə buraxıldı
Bakıda yataqxanada baş verən yanğında tüstüdən zəhərlənənlərdən daha biri evə buraxılıb.
ONA-nın məlumatına görə, Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğında tüstüdən zəhərlənən 6 nəfərdən daha biri müalicəsini davam etdirmək üçün evə buraxılıb. 1949-cu il təvəllüdlü Yasəmən Həsənovanın və 1959-cu il təvəllüdlü Afət Rafiqovanın vəziyyəti isə kafi qiymətləndirilir.
Qeyd edək ki, martın 6-da Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın zamanı Laçın rayonundan məcburi köçkün kimi yataqxanada məskunlaşmış 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlu və həyat yoldaşı, 1953-cü il təvəllüdlü Əliyeva Elza İdris qızı tüstüdən zəhərlənərək ölüblər. 6 nəfər isə zəhərlənərək xəstəxanaya yerləşdirilib.
494