Yanan binada xəsarət alanların əksəriyyəti evə buraxılıb
02 iyun 2015 11:45 (UTC +04:00)

Yanan binada xəsarət alanların əksəriyyəti evə buraxılıb

0

“Bakıda yanğın baş verən binada xəsarət alanların böyük əksəriyyəti evə buraxılıb. Hazırda yalnız bir xəstə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicəsini davam etdirir”.

 

Bunu APA-ya Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib. O bildirib ki, ötən həftə şöbədə müalicə alan 8 xəstədən 7-si evə buraxılıb: “Hazırda müalicəsi davam etdirilən şəxs hadisə nəticəsində dünyasını dəyişən 3 yaşlı Fərəhin anası Günay Məhərrəmovadır. Sabah o, müayinədən keçiriləcək. Bundan sonra həmin xəstənin nə zaman evə buraxılacağı məlum olacaq”.

 

Qeyd edək ki, mayın 19-da Azərbaycan paytaxtında çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 181

Oxşar yazılar