Xüsusi notariuslar üçün yeni öhdəlik müəyyənləşdi
04 oktyabr 2019 12:18 (UTC +04:00)

Xüsusi notariuslar üçün yeni öhdəlik müəyyənləşdi

 
 
Nazirlər Kabineti “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.
 
APA-nın məlumatına görə, qərara əsasən, xüsusi notariuslar üçün yeni öhdəlik müəyyənləşib.
 
Beləliklə , xüsusi notariuslar “Mühasibat uçotu haqqında” qanununa əsasən işi təşkil etməli, notariat hərəkətləri, tutulan haqlar, büdcəyə keçirilən vergilər və digər ödəmələr barədə  Dövlət Statistika Komitəsinin yerli statistika orqanlarına, Maliyyə Nazirliyinin yerli bölmələrinə məlumat və Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə bəyannamə (hesabat) verməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 530
avatar

Oxşar yazılar