Xırdalanda yanğın: 30 sakin təxliyə olundu
21 dekabr 2014 00:28 (UTC +04:00)

Xırdalanda yanğın: 30 sakin təxliyə olundu

0

Xırdalanda ötən gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb. Lent.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Abşeron rayonu, Xırdalan şəhərində 12 mərtəbəli yaşayış binasında baş verib. Nəticədə binanın 1-ci mərtəbəsindən 12-ci mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 250 p.m yanıb. Yanğın zamanı mənzillərdən 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 20:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 235

Oxşar yazılar