Xınalıq yolu açıldı
23 mart 2015 19:55 (UTC +04:00)

Xınalıq yolu açıldı

0
Xınalıq istiqamətində avtomobillərin hərəkəti üçün yaranan problem tam aradan qaldırılıb.
 
Bu barədə APA-nın şimal bürosuna Quba 6 saylı Yol İstismar İdarəsinin (Yİİ) sahə rəisi Bilal Sultanov məlumat verib.
 
Onun sözlərinə görə, səhər saatlarından etibarən yolun qardan təmizlənməsi və açılması üçün əraziyə 6 saylı Yİİ-nin texnikası və canlı qüvvəsi cəlb olunub. Texnikanın köməkliyi ilə Xınalıq istiqamətində avtomobillərin hərəkəti üçün yaranan məhdudiyyət tam aradan qaldırılıb.
 
Xatırladaq  ki, güclü qarın yağması nəticəsində Quba-Xınalıq yolunun 30-cu km-dən sonra Xınalıq istiqamətinə maşınların hərəkəti dayanmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 165

Oxşar yazılar