[b]Xəzərdə neftçi olduğu ehtimal edilən şəxsin meyiti tapılıb[/b]
03 aprel 2016 14:32 (UTC +04:00)

[b]Xəzərdə neftçi olduğu ehtimal edilən şəxsin meyiti tapılıb[/b]

0

Fövqəladə Hallar Nazirliyi (FHN) Xəzərin Türkmənistan sahillərində tapılan meyitin ölkəyə gətirilməsi üçün tədbirlər həyata keçirir.

 

Lent.az FHN-in saytına istinadən xəbər verir ki, Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin, ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir. Bununla əlaqədar, FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb.

 

*****

 

11:48

 

Xəzərin Türkmənistan sahillərində neftçi olduğu ehtimal edilən meyit tapılıb

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycanın Türkmənistandakı səfirliyindən verilmiş məlumata əsasən, 2 aprel 2016-cı il tarixində Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.

 

Bununla əlaqədar meyitin şəxsiyyətinin müəyyən olunması və ölkəyə gətirilməsi üçün aidiyyəti qurumlar məlumatlandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 295

Oxşar yazılar