Xəzərdə batan 4 nəfər xilas edildi
21 iyul 2016 18:03 (UTC +04:00)

Xəzərdə batan 4 nəfər xilas edildi

0

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə Şirvan şəhərində 3 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarmış və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 16:50-də başa çatıb.

 

 

Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarmış və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 17:00-da başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 259

Oxşar yazılar