Xəzərdə batan 31 yaşlı kişinin meyiti tapıldı
01 iyun 2015 10:05 (UTC +04:00)

Xəzərdə batan 31 yaşlı kişinin meyiti tapıldı

0

Bu gün Sumqayıt şəhərində dənizdə batan şəxsin meyiti tapılıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 10 km aralı, nəzarətsiz ərazidə batmış 1984-cü il təvəllüdlü Ağamalıyev Vasif Akif oğlunun axtarışları yekunlaşıb.

V.Ağamalıyevin cəsədi dalğıc-xilasedicilər tərəfindən batdığı yerdən 100 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 07:35-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar