Bakıda naməlum avtomobillər 2 nəfəri vurub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 27-də saat 21 radələrində Xətai rayonunun M.Hadi küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Habil Əzimov vurulub. O, tibb müəssisəsinə müraciət etməyib.
Bundan başqa fevralın 27-də saat 16 radələrində Xətai rayonunun S.Orucov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Sahib Məmmədov vurulub. O da tibb müəssisəsinə müraciət etməyib.
Hər iki faktla bağlı Xətai RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.