Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda mənzildə termometrin sınması ilə bağlı müraciət daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, cihazın sınması nəticəsində onun daxilindəki civə ətrafa dağılıb. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının Kimya xidmətinin mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılaraq çirklənmiş ərazi demerkurizasiya edilib.
Əməliyyat saat 14:15-da başa çatıb.