Gəncədə oğurluqla məşğul olan şəxs yaxalanıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Gəncə ŞBPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 11-də xəstəxanalardan birinin qəbul şöbəsindən kompüter monitoru oğurlamaqda şübhəli bilinən şəhər sakini İlkin Bünyatov tutulub. Ətrafında aparılan tədbirlərlə onun şəhər sakinləri olan 3 nəfərin pul və mobil telefonlarını oğurlaması da müəyyən edilib.
Araşdırmalar davam etdirilir.