Xalq artisti xəstəxanaya yerləşdirilib
08 fevral 2016 14:09 (UTC +04:00)

Xalq artisti xəstəxanaya yerləşdirilib

0

Xalq artisti, rejissor  Tofiq İsmayıl xəstəxanaya yerləşdirilib. Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinin müdiri Vüqar Abdulkərimovun APA-ya verdiyi məlumata görə, T. İsmayılovun vəziyyəti stabil qiymətləndirilir: “Hazırda reanimasiyadadır. Müalicələri davam edir, get-gedə səhhətində irəliləyiş var. Vəziyyətini stabil qiymətləndirmək olar”.

 

T. İsmayılov Hepatit virusundan əziyyət çəkir.

 

Qeyd edək ki, T. İsmayılov 1939-cu il aprelin 6-da Bakıda anadan olub. 1994-2006-cı illərdə dəvətlə Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində çalışıb. İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir olub. 2007-ci ildən bu günə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir.

 

“Gilas ağacı”, “Bizim küçənin oğlanları”, “Çarvadarların izi ilə”, “Musiqi müəllimi” və s. filmlərin müəllifidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 394

Oxşar yazılar