Xalasının evindən oğurluq edən Saatlı sakini tutuldu
01 aprel 2016 22:11 (UTC +04:00)

Xalasının evindən oğurluq edən Saatlı sakini tutuldu

0

Saatlıda  öz  xalası evindən  oğurluq  edən şəxs  saxlanılıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı polis əməkdaşları tərəfindən keçirilən əməliyyat  tədbirləri çərçivəsində oğurluqda şübhəli bilinən Heydərabad kənd sakini Mehdiyev Mərhəmət Əlövsət oğlu  saxlanılıb.

 

Mart ayının 26-da  Saatlı rayonu Heydərabad  kənd sakini İbişov Failə məxsus  iri buynuzlu  heyvanın  oğurlandığı  haqda  Saatlı rayon polis şöbəsinə məlumat  verilib.

 

Daxil olan məlumat  əsasında  məlum olub ki,  hadisəni  ev  sahibinin xalası oğlu  Mehdiyev Mərhəmət törədib.

 

Faktla bağlı Saatlı polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 255

Oxşar yazılar