Şəmkir Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ailə münaqişəsi zəminində törədilib.
Belə ki, rayonun Təzəkənd kənd sakini, 25 yaşlı Əzəmət Həsənov xalası qızının həyat yoldaşı, Ağsu rayon sakini 26 yaşlı Tural Ələkbərovla mübahisə edib.
Tural Əkbərov əvvəlcə Əzəmət Həsənova bıçaqla xəsarət yetirib. Daha sonra Əzəmət Həsənov Tural Ələkbərovu bıçaqlayıb. Nəticədə Tural Ələkbərov aldığı bıçaq xəsarətindən hadisə yerində ölüb.
Əzəmət Həsənov isə bir neçə bıçaq yarası ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Saat: 16:48
Şəmkirdə qətl törədilib.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə avqustun 10-da Şəmkir rayonunun Təzəkənd kəndi ərazisində qeydə alınıb.
Kənd sakini Əzəmət Həsənov və tanışı, Ağsu şəhər sakini Tural Ələkbərov münaqişə zəminində bir-birinə bıçaqla xəsarət yetiriblər. Nəticədə T. Ələkbərov hadisə yerində ölüb, Ə. Həsənov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.