Bu gün axşam saatlarında Xaçmaz şəhərində yol nəqliyyat hadisəsi baş verib.
APA -nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz -Quba yolunun 1 -ci km -də qeydə alınıb.
90 NO 084 dövlət nömrə nişanlı "Volkswagen" markalı avtomaşınla 10 VZ 337 dövlət nömrə qeydiyyatlı "VAZ 21015 " markalı avtomaşın toqquşub. Qəza nəticəsində iki nəfər xəsarət alıb. Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.