İyunun 30-da Xaçmaz rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Yalama kənd sakini 1953-cü il təvəllüdlü Şəmsəddin Babayev özünü yaşadığı evin həyətində asıb.
İntihar faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırmalar aparılır.