Vidadi İsgəndərli saxlanılıb
15 aprel 2013 13:34 (UTC +04:00)

Vidadi İsgəndərli saxlanılıb

Hüquq müdafiəçisi Vidadi İsgəndərli polis tərəfindən saxlanıb. Lent.az-ın məlumatına görə, bu haqda “Yeni Müsavat”a  hüquq müdafiəçisi özü məlumat verib. V. İsgəndərli deyib ki, Texniki Universitetin yaxınlığında polisin yolu keçən tələbələri saxlamasına etiraz edib: “Yolu keçən digər vətəndaşları polis saxlamır. Əvəzində imkanları məhdud olan tələbələri, xüsusən də qızları tutub cərimələyirlər. Buna etiraz etdim, məni tutublar, indi Yasamal polisinə aparırlar”. 


V. İsgəndərli onunla bərabər 2 tələbənin də saxlandığını deyib.

 

Musavat.com

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1423
avatar

Oxşar yazılar