Velosipedçi və maralın toqquşması ilə nəticələnən ağır qəza
19 dekabr 2014 04:54 (UTC +04:00)

Velosipedçi və maralın toqquşması ilə nəticələnən ağır qəza

0

ABŞ-ın Kaliforniya ştatının Sausalito şəhəri yaxınlığında yüksək sürətlə hərəkətdə olan  velosipedçi qəfil yola çıxan maralla toqquşub.   

 

Lent.az-ın Rosbalt-a istinadən verdiyi xəbərə görə,  yol kənarındakı kolların arasından qəfil yola atılan iri maral  saatda 45 km sürətlə hərəkət edən velosipedçi ilə toqquşub. Sərt toqquşma nəticəsində beyin silkələnməsi alan velosipedçi bir müddət huşunu itirib. Velosipedçinin  başında şlemin olması, onu daha ciddi xəsarətlərdən qoruyub.    

 

Qeyd edək ki, bir müddət əvvəl İndiana ştatında maralın iştirakı ilə baş vermiş ağır qəza nəticəsində 7 nəfər ölmüşdü. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar