Velosiped və qoyun oğrusu yaxalanıb
26 avqust 2016 15:01 (UTC +04:00)

Velosiped və qoyun oğrusu yaxalanıb

 

Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 22-də şəhər sakini Raul Əşrəfliyə məxsus velosipedi oğurlamaqda şübhəli bilinən şəxs ələ keçib.

 

 

Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, bu Sumqayıt sakini, əvvəllər məhkum olunmuş Mail Fərziyevdir.

 

 

Bundan başqa, Beyləqan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 21-də rayon sakini Məzahir Camalovun həyətindən 4 baş qoyun oğurlamaqda şübhəli bilinən İmişli şəhər sakini Elçin Məmmədov tutulub.

 

 Onun Binəqədi RPİ tərəfindən axtarışda olması da müəyyən edilib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 186
avatar

Oxşar yazılar