Üzünü silmək istədi, əqrəb sancdı
15 iyul 2016 01:45 (UTC +04:00)

Üzünü silmək istədi, əqrəb sancdı

Şəkidə 55 yaşlı kişini əqrəb sancıb.

 

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, iyulun 14-ü axşam saat 21 radələrində rayonun Oxut kənd sakini, 1961-ci il təvəllüdlü Nazim Murad oğlu İsmayılov sol əlinin əqrəb sancması xəsarəti ilə xəstəxanaya daxil olub.

 

Həkim müayinəsi zamanı məlum olub ki, 55 yaşlı N. İsmayılov yaşadığı evdə dəsmalı götürüb əl-üzünü silmək istəyən zaman əqrəb onun əlindən sancıb.

 

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən N. İsmayılova lazımı tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 204
avatar

Oxşar yazılar