Gəncə şəhərində bədbəxt hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 20-də Gəncə şəhərinin Natəvan qəsəbəsindəki mərmər sexində işləyən şəhər sakini Emin Qurbanovun üzərinə daş düşüb. O, xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.