Daşkəsəndə 10-11 yaşlarında olan uşaq atdan yıxılaraq ölüb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xoşbulaq kəndində qeydə alınıb. Ata minən azyaşlı yıxılaraq ağır xəsarət alıb. Onu dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırsalarda həyatını xilas etmək mümükün olmayıb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.