Ötən bir il ərzində Ukraynanın şərqindəki münaqişə zamanı itkin düşən və ölən azərbaycanlıların sayı açıqlanıb.
Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov APA-ya açıqlamasında bildirib ki, son bir ildə münaqişə şəraitində 5 Azərbaycan vətəndaşı itkin düşüb, ikisi isə ölüb.
A.Osmanov qeyd edib ki, itkin düşənlərdən indiyədək heç bir xəbər yoxdur: “Onlarla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciət etsək də, axtarışlar hələlik nəticə vermir”.
Qeyri-rəsmi məlumatlara görə isə bundan başqa daha 4 azərbaycanlı həlak olub, 3 azərbaycanlının isə evinə basqın olub.