Ukrayna ordusu Donbassda iki strateji nöqtəni azad etdi
08 avqust 2014 17:15 (UTC +04:00)

Ukrayna ordusu Donbassda iki strateji nöqtəni azad etdi

0
 Ölkənin şərqində antiterror əməliyyatı keçirən Ukrayna Silahlı Qüvvələri iki strateji əhəmiyyətli nöqtəni ələ keçirib.

 APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, ordu Donbass bölgəsində Miusinsk və Panteleymonovka adlı yaşayış məntəqələrini azad edib və separatçılar üçün vacib olan yolları kəsib. Bunu separatçıların özləri də etiraf edib.

“Düşmən Miusinsk yaşayış məntəqəsini ələ keçirərək Snejnıy və Krasnıy Luç arasındakı yolu, Panteleymonovkanı ələ keçirərək isə  Makeyevka və Qorlovka arasındakı yolu kəsib. Vəziyyət kritik olaraq qalır”, - deyə qondarma “Donetsk Xalq Respublikası”ndan bildiriblər.  

Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının spikeri Andrey Lısenko da faktı təsdiqləyib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1084

Oxşar yazılar