Rusiyanın "Transaero" şirkətinə məxsus Vnukovo (Moskva) – Kerkira (Yunanıstan) marşrutu üzrə uçan “Boinq 737” sərnişin təyyarəsinə Ukraynanın hava məkanına daxil olmaq üçün ukraynalı aviadispeçerlər tərəfindən müvafiq icazə verilməyib. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu səbəbdən təyyarənin komandiri marşrutu dəyişmək qərarına gəlib, lakin bunun üçün əlavə yanacağa ehtiyac yaranıb.
Göyərtəsində 156 sərnişinin olduğu təyyarə əlavə yanacaq götürmək üçün təcili Krasnodarda eniş edib. Təyyarə bir saat sonra havaya qalxaraq başqa marşrut üzrə uçuşunu davam etdirib.