Ucar və Qusarda tövlə yanıb
29 may 2016 16:32 (UTC +04:00)

Ucar və Qusarda tövlə yanıb

Bu gün Ucar rayonu, Qulabənd kəndində yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan tövlənin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 14:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

 

Oxşar hadisə Qusar rayonu, Yeni Tahircalı kəndində də baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə və tövləyə bitişik yığılmış 3 ton ot tayasının 2 tonu yanıb. Tövlənin və ot tayasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:05-də söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 206
avatar

Oxşar yazılar