ÜAK: “Ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur"
19 mart 2016 13:18 (UTC +04:00)

ÜAK: “Ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur"

 

Rusiyanın Rostov şəhərində qəzaya uğrayan təyyarədə həlak olanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

 

 

Bunu APA-ya “Ümumrusiya Azərbaycanlılar Konqresi” İctimai Təşkilatının Rostov regional bölməsinin sədri Şakir Allahverdiyev deyib. O bildirib ki, məsələ ilə bağlı yerli hakimiyyət nümayəndələri ilə əlaqə saxlayıb. “Mən ölən şəxslərin siyahısını əldə etdim, televiziyada da siyahıya baxdıq. Onların arasında Azərbaycan vətəndaşı yoxdur”.

 

Xartırladaq ki, daha əvvəl Rusiya mətbuatında (“rostov.kp.ru” saytı) qəzaya uğrayan təyyarənin göyərtəsində Rusiya vətəndaşları ilə yanaşı, Azərbaycan, Ukrayna və Hindistan vətəndaşları olduğu barədə məlumat yayılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 81
avatar

Oxşar yazılar