Rusiyanın Tver vilayətində bıçaqlanan azərbaycanlı taksi sürücüsünün ölümündə şübhəli bilinən bir nəfəri saxlanılıb. Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, saxlanılan şəxs Azərbaycan vətəndaşıdır. Tver şəhər Baş Polis İdarəsi hələlik tutulan şəxsin adı açıqlamır. Sadəcə, onun 1972-ci il təvəllüdlü olduğu qeyd olunub. Hadisənin isə şəxsi zəmində baş verdiyi deyilir.
APA-nın xəbərinə görə, bu barədə Rusiya KİV-ləri Tver vilayətinin hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Çoxsaylı bıçaq zərbələri ilə bıçaqlanan Azərbaycan vətəndaşının kimliyi istintaq tərəfindən müəyyənləşdirilir. Qətlə yetirilənin 29 yaşı var.
Məlumatda həmçinin qeyd olunur ki, qətli törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən yayınıb. Onun istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı cinayət işi açılıb.