"Cəzaçəkmə müəssisəsində belə bir hadisə olmayıb" - Rəsmi AÇIQLAMA
"7 saylı cəzaçəkmə müəssisəsində bıçaqlanma hadisəsi baş verməyib".
Bunu Lent.az-a açıqlamasında Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Mehman Sadıqov deyib. Şöbə rəisi verdiyi açıqlamada 7 saylı cəzaçəkmə müəssisəsində belə bir hadisənin olmadığını bildirib.
Qeyd edək ki, bu gün bir sıra KİV-də 7 saylı cəzaçəkmə müəssisəsində bıçaqlanma hadisəsi ilə bağlı məlumatlar yayılıb. Yayılan məlumatda məhkum 38 yaşlı Ramin Bayramov onunla görüşə gələn həyat yoldaşı 33 yaşlı Elmira Bayramovanı döyüb və kəsici alətlə xəsarət yetirdiyi bildirilirdi.
876