Türkiyədə adam öldürməkdə təqsirləndirilən şəxs Azərbaycanda tutulub.
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Türkiyə Cinayət Məcəlləsinin 81-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Türkiyə vətəndaşı Sunmez Mehmet Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.