Türkiyədə müalicə alan hərbçilərimizdən biri Bakıya qayıdıb
29 noyabr 2014 17:28 (UTC +04:00)

Türkiyədə müalicə alan hərbçilərimizdən biri Bakıya qayıdıb

0

 

 

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində düşmənin təxribat cəhdinin qarşısını alarkən yaralanan, sonradan müalicəsini davam etdirmək üçün Türkiyəyə yola salınan hərbçilərdən biri bu gün Bakıya qayıdıb.

 

APA-nın məlumatına görə, Ədalət Məmmədovu Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri və əsgərin yaxınları qarşılayıblar.

 

Qeyd edək ki, düşmənin diversiya-təxribat cəhdlərinin və hücumlarının qarşısını alarkən yaralanan əsgərlər Ədalət Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadə avqustun 9-da müalicə üçün Türkiyəyə yola salınıb.

 

Əsgərlərin müalicəsini Türk İş Birliyi və Koordinasiya Agentliyi (TİKA) öz üzərinə götürüb. E. Əsgərov noyabrın 1-də müalicəsini başa vuraraq Azərbaycana qayıdıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1084

Oxşar yazılar