Türkiyədə dəhşətli qəzada ölən tələbələrin cənazələri Bakıya gətirildi
27 sentyabr 2014 19:14 (UTC +04:00)

Türkiyədə dəhşətli qəzada ölən tələbələrin cənazələri Bakıya gətirildi

0
Türkiyənin Uşak şəhərində baş vermiş avtomobil qəzasında dünyasını dəyişmiş azərbaycanlı tələbələrin cənazələri bu gün Bakıya gətirilib.

 

Bu barədə APA-ya «Azərbaycan Hava Yolları» QSC-nin Xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.

 

Tələbələrin cənazələri bu gün saat 17:00-da «AZAL»ın 076 saylı İstanbul-Bakı reysi ilə Azərbaycana gətirilərək yaxınlarına təhvil verilib.

 

Qeyd edək ki, ötən gün Uşak şəhərində içərisində Azərbaycan vətəndaşlarının olduğu avtomobil yol qəzasına düşüb. Qəza nəticəsində avtomobilin içərisində olan 6 nəfərdən üçü – Anar Musayev, Ülvi Sadiqov və Elvin Hüseynov həlak olub, digər üç nəfər – Əli Kərimli, Mayıs Həsənov və Muğdat Talıblı isə yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5019

Oxşar yazılar