Türkiyənin Şanlıurfa şəhərindəki terakt nəticəsində ölənlərin sayı 32-yə yüksəlib. Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu barədə açıqlamanı Xalqların Demokratik Partiyasının (HDP) həmsədri, millət vəkili Səlahəddin Dəmirtaş verib. O, partiyadaşlarından təhlükəsizlik tədbirlərini artırmalarını xahiş edib.
**
10:59
Türkiyənin Şanlıurfa şəhərinin Suruç qəsəbəsində baş verən terrorda ölənlərin sayı 31-ə yüksəlib. Lent.az-ın Türkiyə KİV-lərinə istinadən məlumatına görə, dünən yaşanan terror hadisəsində yaralananların sayı isə 103 nəfərdir.
Qeyd edək ki, dünən Şanlıurfa vilayətinin Suruç şəhərində Sosialist Gənclik Dərnəyi Federasiyasının (SGDF) toplantısı zamanı partlayış baş verib. Partlayışın 18 yaşlı terrorçu qız-kamikadze tərəfindən törədildiyi ehtimal olunur.