Türkiyədə 9 azərbaycanlı həbs edilib
02 aprel 2015 11:02 (UTC +04:00)

Türkiyədə 9 azərbaycanlı həbs edilib

0

Türkiyədə hüquq-mühafizə orqanları qanunsuz fəaliyyət göstərən mətbəə aşkarlayıb. Lent.az-ın “İhlas” xəbər agentliyinə istinadən məlumatına görə, Kocaelinin Gebze rayonunda qeyri-qanuni kitab çapı ilə məşğul olan dəstənin fəaliyyəti ilə bağlı polisə məlumat daxil olub.

 

Dərhal mətbəəyə basqın edən polis əməkdaşları oradan qanunsuz çap edilən 2 min 848 ədəd kitab götürüb. Bundan başqa məlum olub ki, mətbəədə işləyənlərin hamısı azərbaycanlıdır. Azərbaycan vətəndaşı olan 9 işçi də saxlanılaraq polis bölməsinə aparılıb.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 184

Oxşar yazılar