Türkiyədə fahişəliklə məşğul olmaqda şübhəli bilinən 3 azərbaycanlı qadın tutulub. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, qadınların Mutlukentdə əxlaqsızlıq yuvasının olması barədə polisə informasiya daxil olub. Polis dərhal Kocaelinin Qabze qəsəbəsinin ərazisində olan həmin binaya basqın edib. Hərəkətə keçən polislər A.B, Y.Y və M.G-ni yaxalayıb. Onlar sənəndləşmələrdən sonra məhkəməyə təhvil veriliblər.
Bildirilir ki, yaxalanan qadınların hamısı Azərbaycan vətəndaşıdır.