Türkiyə vətəndaşını avtomobillə vurub öldürdü
07 mart 2019 13:00 (UTC +04:00)

Türkiyə vətəndaşını avtomobillə vurub öldürdü

0

Nizami rayonunun Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, martın 7-də saat 2 radələrində paytaxtın Nizami rayonunun Babək prospektində Gəncə şəhər sakini E.İbrahimzadə idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Türkiyə vətəndaşı S.Kırmazı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Nizami RPİ tərəfindən araşdırma aparılır.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 738

Oxşar yazılar