Türkiyə Suriya sərhədini keçərək İŞİD terror qruplaşmasına qoşulmaq istəyən britaniyalı qadını deportasiya edib. APA-nın “Hürriyət”-ə istinadən verdiyi xəbərə görə, polis Böyük Britaniya vətəndaşı 22 yaşlı Cəlilə Nadranı antiterror əməliyyatı zamanı Ankarada avtobus dayanacağında saxlayıb. Saxlanılan qadın Londona deportasiya olunub.
Xatırladaq ki, Türkiyə ötən həftə 17 və 19 yaşlarında olan yeniyetmələri Britaniyaya deportasiya edib. Britaniya polisi hazırda onların terrorçularla əlaqəsi olub-olmadığını araşdırır.
Qeyd edək ki, bu ilin fevralında Londondan İstanbula təyyarə ilə gəlmiş 3 qız (15-16 yaşlarında) qeyri-qanuni yolla Suriyaya keçərək İŞİD-ə qoşulub.